"Qəbələ" və "Neftçi" azarkeşləri iki komanda arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçında münaqişəyə giriblər.
Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib. Qonşu perpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiət olunan insident sonradan daha da böyüyüb. Nəticədə tərəflər bir-birilərinə yandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib.
Toqquşma aradan qaldırılsa da, tərəflərin söz atışmaları sonradan da davam edib. (Qol.az)