Xəzər Xəbər

Azərbaycan son 15 ildə xarici siyasətdə ciddi uğurlara imza atıb - VİDEO

Veb TV | 20:34 • 15 Oktyabr 2018
Azərbaycan son 15 ildə xarici siyasətdə ciddi uğurlara imza atıb -

Azərbaycanın xarici siyasəti beynəlxalq ictimaiyyət tərəfindən məntiqli və düşünülmüş xarici siyasət kimi qəbul edilir və qiymətləndirilir.

Xezerxeber.az-ın məlumatına görə, son 15 ildə digər sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi uğurlara imza atılıb və Azərbaycanın müstəqil xarici siyasəti var. Bu siyasətin əsasını isə ölkənin milli maraqlarının qorunması təşkil edir. Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur və bu prinsiplər əsasında xarici siyasətini yürüdərək digər dövlətlərin daxili işlərinə qarışmır, özünün daxili işlərinə də digər dövlətlərin qarışmalarına imkan vermir. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən layiqli və etibarlı bir dövlət kimi qəbul olunur.

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirir ki, ikitərəfli və çoxtərəfli diplomatiya da uğurla inkişaf edir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilən xarici siyasət beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanın maraqlarına xidmət edir.

Ölkəmizin çoxtərəfli əsasda əməkdaşlığı digər beynəlxalq təşkilatları da əhatə edir.

Azərbaycan tamhüququlu üzv olduğu beynəlxalq təşkilatlarla bərabər, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı və digər bu kimi təsisatlarla da əməkdaşlıq edir. Bu gün Bakı şəhəri beynəlxalq müstəvidə diplomatik paytaxt şəhəri kimi qəbul olunur. Ziddiyyətli mövqelərə malik olan dövlətlər də dialoq məkanı kimi məhz Bakını seçərək fərqli fikirlərdə müzakirələr aparırlar. Son 15 ildə diplomatik fəaliyyətin təlim-tədris bazası və maddi-texniki əsasları da formalaşdırılıb.

Diplomatik sahədəki uğurlar ölkə başçısının gərgin qrafiki, intensiv şəkildə həyata keçirdiyi səfər və görüşlərin, eləcə də düşünülmüş, məntiqli və təmkinli xarici siyasətin nəticəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti