Xəzər Xəbər

Türkiyədə dəhşətli qəza: 22 ölü, 13 yaralı - VİDEO

Veb TV | 15:33 • 14 Oktyabr 2018
Türkiyədə dəhşətli qəza:
Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib.

"Anadolu" agentliyi xəbər verir ki, qeyri-qanuni miqrantları daşıyan yük maşını körpüdən aşaraq çaya düşüb.

Son məlumatlara əsasən, hadisə nəticəsində 22 nəfər ölüb, 13 nəfər yaralanıb.

Qəzadan sağ çıxan sürücü hərəkətdə olan vaxt idarə etməni itirdiyini deyib. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Əraziyə təcili yardım briqadaları cəlb olunub.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.


Xəbər lenti

Çox oxunanlar