Xəzər Xəbər

Türkiyədə azadlığa buraxılan keşiş vətəninə yola düşdü - VİDEO

Veb TV | 08:56 • 13 Oktyabr 2018
Türkiyədə azadlığa buraxılan keşiş vətəninə yola düşdü -

Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunan, dünən azadlığa buraxılan ABŞ vətəndaşı, keşiş Endryu Branson vətəninə yola düşüb. 

Türkiyə mediasının yaydığı məlumata görə, o, İzmir hava limanından təyyarə ilə vətəninə uçub.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Xəbər lenti