Xəzər Xəbər

Oğru qadın kameraya düşdü VİDEO

Veb TV | 14:31 • 11 Oktyabr 2018
Oğru qadın kameraya düşdü
Hadisə Bakıdakı apteklərindən birində qeydə alınıb.

Bakıda "28 May” metro stansiyasının yaxınlığında yerləşən apteklərin birində oğurluq hadisəsi qeydə alınıb.

Zərərçəkmiş S.A. bildirib ki, pulqabısını aptekdə unudub.

Sonradan müşahidə kamerasının yazısını izlədikdə, pulqabının aptekdə olan digər qadın tərəfindən oğurlandığı məlum olub. Qadın əvvəlcə vitrində qalan pulqabının üstünü çantası ilə örtüb. Dərmanları alıb ödəniş etdikdən sonra isə pulqabını da götürərək apteki tərk edib.

Zərərçəkmişin sözlərinə görə, pulqabıda az məbləğ olub. (oxu.az)

Xəbər lenti