Xəzər Xəbər

Beyləqanda 200-ə yaxın ağac yandırılıb - təbiətə 40 min manat ziyan vurulub - VİDEO

Veb TV | 20:16 • 23 Sentyabr 2018
Beyləqanda 200-ə yaxın ağac yandırılıb -

Beyləqanda, yol kənarında kol-kos yandırılıb, içində xeyli ağac yanaraq məhv olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə təxminən 25 gün əvvəl Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində baş verib.

Avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Əraziyə keçirilən baxış zamanı məlum olub ki, yol kənarı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağac yanıb. Faktla bağlı akt tərtib edilib və təbiətə 39 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Təqsirkarların tapılması və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon polis şöbəsinə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti