Xəzər Xəbər

Bazarda qiymətlər necədir? VİDEO

Veb TV | 20:55 • 22 Sentyabr 2018
Bazarda qiymətlər necədir?

Bazarlara bir sıra mövsümü meyvələr gətirilib. Yerli mandarin 3, xurma 4 manatdan təklif olunur. Bəzi tərəvəz məhsullarının qiyməti isə əvvəlki aylara nisbətən qalxıb. Əməkdaşlarımız paytaxt bazarlarında son vəziyyətlə maraqlanıblar.

Bəzi meyvə və tərəvəzlərinsatışa çıxarılması bazarlarda canlanma yaradıb.

Bəzi tərəvəz məhsullarının qiymətində isə artım müşahidə olunur.Satıcılar xüsusi ilə də kartof və pomidorun qiymətinin artdığını deyirlər.

Alıcılar isə bəzi məhsulların qiymətlərin münasib olduğunu bildirirlər.

Satıcılar qarşıdakı aylarda bazarlara məhsulların daha çox çıxarılması ilə əlaqədar qiymətlərin enəcəyi qənaətindədirlər.

Xəbər lenti