Xəzər Xəbər

Səyyar “ASAN Kommunal” Zabratda VİDEO

Veb TV | 20:49 • 14 Avqust 2018
Səyyar “ASAN Kommunal” Zabratda

Kütləvi qaz sayğacları dəyşiklikləri aparılan qəsəbələrdə səyyar "ASAN kommunal" xidmətləri davam etdirilir. Bu gündən etibarən səyyar asan xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "asan kommunal" standartlarına uyğun xidmət göstərilməsinə başlanılıb.

Kiminin zədələnmiş smart kartı bərpa edilir. Kiminin isə abonent məlumatları dəyişdirilir.

Burada isə koda düşmüş kartlar bərpa olunur. Səyyar "ASAN kommunal" bu dəfə Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaşlara bu və bu kimi xidmətləri yerindəcə göstərib.

Bu gündən etibarən Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayağac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsinə başlanılıb. Vətəndaşlara ''ASAN Kommunal'' xidməti Zabrat qəsəbəsində İcra nümayəndəliyi binasının yanında göstərilir.

Qurumun şöbə rəisi İbrahim Kərbalayev bildirdi ki, əsas hədəflərdən biri də regionlarda açılacaq "ASAN Kommunal" Mərkəzlərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir.

Qurum rəsmisinin sözlərinə görə, kütləvi sayğac dəyşiklikləri olan digər rayon və qəsəbələrdə də vətəndaşlar Səyyar Asan Kommunal xidmətlərindən yerindəcə yararlana biləcəklər.

 

 

Xəbər lenti