Xəzər Xəbər

Hamiləliyini pozmaq üçün dərman içdi, öldü - VİDEO

Veb TV | 20:33 • 23 İyul 2018
Hamiləliyini pozmaq üçün dərman içdi, öldü -

Lənkəranda gənc qadın hamiləliyini pozmaq üçün içdiyi dərmandan zəhərlənərək ölüb.

Xezerxeber.az-ın məlumatına görə, rayon sakini, 20 yaşlı Günay İbrahimova hamiləliyini sonlandırmaq məqsədi ilə güclü dozada dərman qəbul edib. Səhər saatlarında isə onun vəziyyəti ağırlaşıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanada ona 16 həftəlik hamiləlik diaqnozu qoyulub. Həkimlərin müayinəsi zamanı məlum olub ki, dərmanın təsirindən ana bətnində fəsadlaşma yaranıb və kəskin qanaxma olub.

Günay İbrahimovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti