Xəzər Xəbər

Reg­ionlarda 125 ailə üçü­n təsərrüfatl­ar yaradılacaq - Memorandum imzalanıb - VİDEO

Veb TV | 20:10 • 16 İyul 2018
Reg­ionlarda 125 ailə üçü­n təsərrüfatl­ar yaradılacaq -

Reg­ionlarda 125 ailə üçü­n intensiv meyvə bağl­arının, tərəvəz və bo­stançılıq təsərrüfatl­arının yaradılması nə­zərdə tutulur.

Xezerxeber.az-ın məlumatına görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Nazirliyin Aparat rəhbəri Anar Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, "Sosial bağlar" layihəsi üçün seçilən ailələrə 1,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitlə layihə çərçivəsində seçilən 125 ailə üçün müvafiq aktivlər və avadanlıqlar alınacaq.

Aparat rəhbərinin sözlərinə görə, proqram çərçivəsində sosial bağlar əsasən regionlarda salınacaq.

Bu il ümumilikdə 7 min iştirakçının proqrama cəlb olunması nəzərdə tutulub. Təxminən 4 minə yaxın vətəndaş artıq təlimlərə cəlb olunub. Bu təlimlərin yekunu olaraq biznes planların müdafiəsindən sonra həmin şəxslərə aktivlərin təqdim edilməsi başa çatdırlacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti