Xəzər Xəbər

Kür çayında boğulan var VİDEO

Veb TV | 20:38 • 22 İyun 2018
Kür çayında boğulan var

Sabirabadda 42 yaşlı kişi Kür çayında batıb. Onun meyiti xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yevlaxda isə 4 gün öncə Kür çayında batan yeniyetmənin cəsədi tapılıb.

42 yaşlı kişi Kür çayında batıb.

Hadisə Sabirabadın Muğan Gəncəli kəndində baş verib. Kənd sakini Asəf Hüseynov Kür çayının həmin ərazidən keçən hissəsində boğulub. Hadisə yerinə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Asəf Hüseynovun cəsədi Xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yevlaxda isə 4 gün öncə Kür çayında batan yeniyetmənin cəsədi tapılıb. 16 yaşlı Ceyhun Əlili iyunun 18-də rayonun 4-5 nəfər həmyaşıdı ilə Çənlibel kəndi ərazisində çimərkən boğulub. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Ceyhun Əlilinin cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verib.

Xəbər lenti