Xəzər Xəbər

Qollar VAR, qələbə qazanan yox VİDEO

Veb TV | 18:28 • 21 İyun 2018
Qollar VAR, qələbə qazanan yox

DÇ-2018-in C qrupunda ikinci tura start verilib.

Danimarka Avstraliya ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesab danimarkalılar açsa da, üstünlüyü qoruya bilməyiblər. Yaşıl qitə təmsilçiləri penalti qolu ilə hesabı bərabərləşdirib. Video hakim texnologiyasının qərarından sonra Yedinak status-kvonu bərpa edib.

Qrupda Danimarkanın 4, Avstraliyanın 1 xalı var. Günün digər görüşündə 3 xalı olan Fransa son pillədə xalsız olan Perunu sınağa çəkəcək.

Danimarka - Avstraliya - 1:1

Qollar: Kristian Eriksen, 7 - Mayl Yedinak, 39 (pen.)

Xəbər lenti