Xəzər Xəbər

Vyanada neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq - VİDEO

Veb TV | 20:40 • 20 İyun 2018
Vyanada neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq -

Azərbaycan OPEK və qeyri-OPEK ölkələrinin Vyanada keçiriləcək toplantısına qatılacaq və neft hasilatı ilə bağlı aparılacaq müzakirələrdə iştirak edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib. Onun sözlərinə görə, ötən dövr ərzində OPEC+ formatında çox məhsuldar əməkdaşlıq olub və beynəlxalq səviyyədə neft qiymətləri sabitləşib.

Nazir həmçinin qeyd edib ki, Vyana görüşündə neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr də aparılacaq.

Qeyd edək ki, OPEC+ formatlı görüş 21-23 iyun tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Azərbaycan qeyri-OPEK ölkəsi kimi neftin ümumi hasilatının azaldılması barədə sazişə imza atıb. Bu sazişin müddəti 2018-ci ilin birinci rübünün sonunadək uzadılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti