Xəzər Xəbər

Ağcabədidə reyd: 50 sürücü cəzalandırıldı - VİDEO

Veb TV | 20:06 • 19 İyun 2018
Ağcabədidə reyd:

Ağcabədi rayonunda yol polisi əməkdaşları reyd keçiriblər. Reyd zamanı heç də sürücülərin hamısı polisin "saxla" əmrinə tabe olmayıb. Nəticədə mübahisə düşüb və sürücülərdən biri nalayiq sözlərdən istifadə edib.

Xezerxeber.az-ın məlumatına görə, yoxlamalar zamanı saxlanılan Səbuhi adlı sərxoş sürücü polisləri görəndə əsəbiləşib. O, çəkilişə də müdaxilə etmək istəyib.

Səbuhi, sərxoş olub-olmamasının yoxlanılmasına da sərt reaksiya verib. Polislərə əsəbiləşən sürücü heç nə ilə razılaşmaq istəməyib.

Reyd zamanı ümumilikdə 50 sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş vəziyyətdə idarə edərək özünün və digərlərinin həyatını real təhlükə altında qoyanlar da olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti