Xəzər Xəbər

Cəlilabadda qədim dövrə aid əşyalar tapılıb - VİDEO

Veb TV | 20:11 • 19 İyun 2018
Cəlilabadda qədim dövrə aid əşyalar tapılıb -

Cəlilabad rayonunda qədim dövrə aid əmək alətləri tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabadın Şatırlı kəndində yerli sakinlərin tapdıqları maddi-mədəniyyət nümunələrinin əkinçilik aləti olduğu ehtimal edilir. İti uclu cilalanmış daşa ağac bərkitməklə ondan toxa əkinçiliyində yumşaq yerlərin qazılması və ya şumlanmasında istifadə olunub.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, əmək aləti sözügedən ərazidə tapılmış nadir mədəniyyət nümunələrindən hesab olunur.

Tapılan digər əmək aləti isə qədimdə insanların daşdan hazırladıqları bıçağın qalığıdır. Yalnız dəstək hissəsi qalan kəsici alətdən bir vaxtlar geniş istifadə olunub.

Şatırlı kəndində Qədim dövrlə yanaşı, Orta əsrlərə aid, üzərində xüsusi naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb. Tarixçinin sözlərinə görə, alətin ərazidə aşkar olunması burada Orta əsrlərdə toxuculuğun inkişaf etdiyini deməyə əsas verir. Tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti