Xəzər Xəbər

Havayda vulkan püskürməsinə görə zəhərli qaz sızması ola bilər VİDEO

Veb TV | 12:33 • 28 May 2018
Havayda vulkan püskürməsinə görə zəhərli qaz sızması ola bilər

Havay adasının şərqində Kilauea vulkanının püskürməsi ilə əlaqədar zəhərli qaz sızması baş verə bilər.

Bu barədə Associated Press xəbər yayıb.

Bildirilir ki, lava axını geotermal elektrostansiyaya çatdıqdan sonra sızma təhlükəsi yaranıb. Əgər lava elektrostansiyanın quyularından birinə düşsə hidrogen sulfid ifrazı baş verəcək.

Hazırda insanlar üçün təhlükəli qaz sızıntısı müəyyənləşməyib./faktxəbər

Xəbər lenti