Xəzər Xəbər

Saqqızdan ayaqqabı altlığı düzəldirlər VİDEO

Veb TV | 16:03 • 30 Aprel 2018
Saqqızdan ayaqqabı altlığı düzəldirlər

Hollandiyada Gum-Tec firması ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün qeyri-adi bir layihəyə imzaya atılıb.

Kompaniya Explicit adlı ayaqqabı firması ilə birlikdə çeynənmiş saqqızlardan ayaqqabı altlığı düzəltməyə qərar veriblər. Belə ki, ölkədə hər il təqribən 1,5 mln. kq saqqın küçələri çirkləndirir. Özü də bu saqqızların məhv olması 20-25 il çəkir.

Bu səbəbdən firma küçələrdəki istifadə olunmuş saqqızları toplayıb, emal edir və tərkibindəki kauçukda ayaqqabı altlığı düzəldirlər. Yeni marka Gumshoe adlanır./faktxəbər

Xəbər lenti