Xəzər Xəbər

“Mançester Yunayted” “Arsenal”ı məğlub etdi VİDEO

Veb TV | 14:59 • 30 Aprel 2018
“Mançester Yunayted” “Arsenal”ı məğlub etdi

İngiltərə Premyer Liqasının 36-ci turunun növbəti oyunları keçirilib.

Turun maraqla gözlənilən oyunu "Old Trafford”da keçirilib. "Mançester Yunayted” "Arsenal”ı 2:1 hesabı ilə məğlub edib.

Digər oyunda "Mançester Siti” səfərdə "Vest Hem”in qonağı olub. Qarşılaşma 4:1 hesabı ilə Pep Qvardiolanın yetirmələrinin qələbəsi ilə yekunlaşıb.

Turnir cədvəlinə vaxtından əvvəl çempionluğu bayram edən "Mançester Siti” 93 xalla başçılıq edir, "Mançester Yunayted” 77 xalla ikinci, "Liverpul” 72 xalla üçüncü, iki oyun az keçirən "Tottenxem” isə dördüncü sıradadır.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Liverpul” – "Stok Siti” - 0:0

"Barnli” – "Brayton” - 0:0

"Kristal Palas” – "Lester Siti” - 5:0

"Hadelsfild” – "Everton” - 0:2

"Nyukasl” – "Vest Bronviç” - 0:1

"Saupgenton” – "Bormut” - 2:1

"Svonsi” – "Çelsi” – 0:1.

Tura aprelin 30-da "Tottenxem”-"Votford” oyunu ilə yekun vurulacaq.

Xəbər lenti