Xəzər Xəbər

Tanınmış yutuber məhkəməlik oldu Bu görüntülərə görə - VİDEO

Veb TV | 18:07 • 29 Mart 2018
Tanınmış yutuber məhkəməlik oldu

Tanınmış yutuber etdiyi zarafata görə məhkəməlik olub.

Yutubda 627 min abunəçisi olan "Troll Munchies” adlı kanal Amerikadakı tanınmış "fast-food” restoranlar şəbəkəsindən birində çəkdiyi videoya görə məhkəməlik olub. "İn-N-Out Burger”də çəkilən zarafat videosu kanala yerləşdirildikdən qısa müddət sonra şikayət olunaraq silinib. Daha sonra "fast-food” restoranlar şəbəkəsi videoya görə xeyli müştəri itirdiyini bildirərək, kanalın sahibini məhkəməyə verib.

İddialara görə, kanalın sahibi videoda restorana daxil olaraq özünü "fast-food” şəbəkəsinin səlahiyyətli şəxsi adlandıraraq, müştərilərlə zarafat edib. Daha sonra restoranın mətbəxinə daxil olaraq hazırlanan yeməkləri "zibil” adlandırıb.

"In-N-Out Burger” məhkəmədə kanalın sahibi Kodi Roderdən 25 min dollar təzminat tələb edib.

Sözügedən videonu təqdim edirik:



Metbuat.az

Xəbər lenti