Xəzər Xəbər

Barkindo: “Azərbaycanın bu addımı mühüm rol oynayır” - VİDEO

Veb TV | 20:52 • 19 Mart 2018
Barkindo:

Azərbaycan OPEC və Qeyri-OPEC ölkələrinin əldə etdiyi razılaşmalarda əhəmiyyətli rola malik olub. Ölkəmizdə səfərdə olan OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycanın neft bazarında hasilatın balanslaşdırılmasına verdiyi töhfəni yüksək qiymətləndirib. O, neft hasilatının bu il stabil saxlamağa çalışacaqlarını bildirib.

Hazırda Azərbaycanla OPEC arasında sıx əməkdaşlıq var. Bu əməkdaşlıq "OPEC+" formatında həyata keçirilir. Bunu Neft Ixrac edən ölkələr təşkilatının - OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib. Nazir qeyd edib ki, 2016-cı ilin sonunda başlayan təşəbbüsün əsas məqsədi dünyada neft qiymətlərinin qeyri-sabit olması fonunda neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq idi.

OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılaşmalarda Azərbaycanın çox əhəmiyyətli rolu var. Barkindo neft bazarında ən çətin dövrdə OPEC sövdələşməsinə razılıq verərək, bazarda hasilatın balanslaşdırılmasına verilən dəstəyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, OPEC Azərbaycanla neft bazarının balanslaşdırılması üçün mümkün yolları axtarır. Məhəmməd Barkindo neft hasilatının azaldılması məsələsinə də münasibət bildirib..

Hasilatın azaldılıb-azaldılmayacağı da məhz bu görüşdən sonra bəlli olacaq.


Xəbər lenti