Xəzər Xəbər

DİQQƏT! "Whatsapp"dan hər kəsin gözlədiyi yenilik - VİDEO

Veb TV | 17:10 • 8 Mart 2018
DİQQƏT!

"Whatsapp" istifadəçilərinin uzun müddətdir gözlədiyi "Youtube" dəstəyi İOS istifadəçiləri üçün istifadəyə təqdim edilib.

Artıq "Whatsapp" üzərindən göndərilən "Youtube" videolarını tətbiqdən çıxmağa ehtiyac qalmadan eyni səhifədə izləmək mümkün olacaq.

Bu yeniliyin digər özəlliyi isə "Youtube" videoları izlədiyiniz zaman sadəcə danışdığınız söhbət pəncərəsində qalmağınız kimi bir şərtin olmamasıdır. Siz başqa insanla yazışmağa davam etsəniz də, videonu izləyə biləcəksiniz.

Qeyd edək ki, bu yenilik artıq Türkiyədə istifadə edilir./Metbuat.az

Xəbər lenti