Xəzər Xəbər

Tələbələr 16 dildə dünyaya səsləndi VİDEO

Veb TV | 20:51 • 25 Fevral 2018
Tələbələr 16 dildə dünyaya səsləndi

20 tələbə və iki uşaq bir araya gələrək Xocalı soyqırımına dünyadan ədalət tələb ediblər. 20 müxtəlif yerdə, 16 xarici dildə bəşəriyyətə səslənən gənclərin əsas məqsədi diqqəti Xocalıya çəkməkdir.

Dillər universitetinin tələbələri Xocalı soyqırımına həsr olunmuş fləşmob hazırlayıblar.

20 tələbə və iki könülü məktəbli Bakının tarixi və müasir abidələrinin önündə müxtəlif dillərdə "Biz Xocalıyıq" sözünü deyiblər.

Layihənin müəllifi Samir Allahverdiyevin sözlərin görə, burda əsas məqsəd dünyada hərkəsi bu soyqırım haqqında məlumatlandırmaqdır. Məhz buna görə də, fləşmobdakı fikirlər xarici dillərdə səsləndirilib. Video 10 günə çəkilib.

Bu gündən etibarən isə gənclər daha çox insanın izləməsi üçün videonu sosial şəbəkələrdə yaymağa başlayacaqlar.

Xəbər lenti