Xəzər Xəbər

Körpələrin xəstəxanadan çıxarılması dəbi 300 manata başa gəlir - VİDEO

Veb TV | 10:08 • 24 Fevral 2018
Körpələrin xəstəxanadan çıxarılması dəbi 300 manata başa gəlir -

Son vaxtlar yeni doğulan uşaqların xəstəxanadan çıxarılması ilə bağlı yeni tendensiya yaşanır. Bu, xüsusilə də uşaq geyimlərində və aksessuarlarında özünü göstərir.

Xezerxeber.az-ın məlumatına görə, körpələri balaca gəlinliklər, bəzəkli səbətlər, müxtəlif yuvalar və digər bu kimi bər-bəzəklərlə xəstəxanadan çıxarırlar.

Satıcılar da təsdiqləyir ki, son vaxtlar dəbdəbəli və qeyri-adi körpə geyimlərinə və uşaq səbətlərinə tələbat artıb.

Satıcı Dinarə Məmmədova deyir ki, müştərilər daha çox fotossesiya üçün dəbdəbəyə üstünlük verirlər. Körpənin xəstəxanadan təmtəraqla çıxarılması isə təxminən 50-300 manata başa gəlir.

Uşaqların xəstəxanalardan çıxarılması üçün dəbdəbəli aksessuar və səbətlərə təlabat da artdığından onların satışı ilə məşğul olan şəxslər də daha maraqlı, qeyri-adi və diqqət çəkən modellər tapıb gətirməyə çalışırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti