Xəzər Xəbər

Aparıcı ekspertlə yumruq davasına çıxdı VİDEO

Veb TV | 12:07 • 23 Fevral 2018
Aparıcı ekspertlə yumruq davasına çıxdı

Rusiyanın «Mesto vstreçi» proqramının efirində dava düşüb. Belə ki NTV kanalının aparıcısı Andrey Norkin ekspert kimi dəvət olunan ukraynalı vəkil Dmitriy Suvorovla yumruq davasına çıxıb.

Diskusiya Donbasda olan alman deputatı Andreas Maurerin hərbi əməliyyatlar zamaqnı yüzlərlə uşağın ölməsi barədə danışmasından sonra daha da qızışıb.

«Sözün düzünü etiraf etsək, uşaqlar güllələnirlər. Mən abidənin yanında idim, bu günə qədər 200 uşaq həlak olub», - deyə o, bildirib.

Bu vaxt Suvorov dözməyib və Maurer yaramazdır: «Fotoları göstər! Hansısa samovarı göstərirsən», - deyə ukraynalı qışqırmağa başlayıb.

Həmin vaxt yanında olan Norkin onun çiynindən tutub sakitləşdirmək istəyir. Bununlda da dava başlayır. /faktxəbər


Xəbər lenti