Xəzər Xəbər

Ölkədə dərman istehsal edən fabriklər tikilir VİDEO

Veb TV | 20:55 • 12 Fevral 2018
Ölkədə dərman istehsal edən fabriklər tikilir

Bunu baş nazirin müavini Əli Əhmədov məzarlarla bağlı standartın tətbiqindən də danışıb. O bildirib ki, standartlar hazırdır və yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən bununla bağlı qərar veriləcək. Baş nazirin müavini kərə yağının qiymətinin artmasının səbələrini də açıqlayıb.

Ölkədə dərman istehsal ediləcək, bunun üçün fabriklər tikilir.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, fabriklər ilkin olaraq başqa ölkələrin dərman istehsalçıları ilə birgə yaradılacaq.

Əli Əhmədov kərə yağının qiymətinin qalxmasına da toxunub. Baş nazirin müavini qeyd edib ki, qiymət dəyişikliyinin əsas səbəbi kərə yağının gətirildiyi ölkələrdə də bu məhsulun bahalaşmasıdır. Bundan əlavə sahibkarlar da yaranmış vəziyyətdən öz mənafeləri üçün istifadə edərək qiymətiartırırlar.

Əli Əhmədov məzarlarla bağlı standartın tətbiqindən də danışıb. O bildirib ki, standartlar hazırdır və yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən bununla bağlı qərar veriləcək.

Məzarlıqların idarə edilməsi bələdiyyələr vəicra hakmiyyətləritərəfindən həyata keçiriləcək.

Xəbər lenti