Xəzər Xəbər

Qanunsuz silah gəzdirən şəxs tutuldu VİDEO

Veb TV | 20:27 • 22 Yanvar 2018
Qanunsuz silah gəzdirən şəxs tutuldu

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub.

Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyevdir.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan "TT” markalı tapança aşkar olunaraq götürülüb.

Xatırladaq ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Xəbər lenti