Xəzər Xəbər

Sərnişinlə dolu avtobus faciədən son anda belə xilas edildi - VİDEO

Veb TV | 18:38 • 21 Yanvar 2018
Sərnişinlə dolu avtobus faciədən son anda belə xilas edildi -

Sürücünün sükan arxasında sayıqlığı böyük bir qəzanın qarşısını alıb.

Xezerxeber.az-ın məlumatına görə, içi sərnişinlə dolu mikravtobus sürücünün peşəkarlığı nəticəsində sərnişinlər son anda qəzadan xilas olublar.

Görüntülərin nə vaxt çəkildiyi bilinməsə də, hadisənin rayon yollarından birində qeydə alındığı aydın görünür.

Görüntülər mikroavtobusun ''videoregistrator''u tərəfindən çəkilib. Qarşı hərəkət zolağında tıxac yarandığından sürücülərdən biri səbirsizlik edərək mikravtobusun yoluna çıxır. Saatda təxminən 60-70 kilometr sürətlə hərəkət edən mikravtobusun sürücüsü minik avtomobilini görən kimi avtobusu dərhal sağa doğru çəkir.

Yoldan bir qədər kənara çıxan mikravtobus az qalsın ki, aşa. Amma sürücü diqqətli davranaraq çətin də olsa mikroavtobusu həm toqquşmadan, həm də yol kənarına aşmaqdan qoruyur. Bununla da baş verə biləcək ağır qəzanın qarşısı alınır.

Qeyd edək ki, qəza şəraiti yaradan minik avtomobilinin sürücüsü yol polisi tərəfindən aşkar edilərsə o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi, yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozuduğuna görə, 60 manat və 3 balla cərimələnəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti