Xəzər Xəbər

2017 - Tarixi hadisələr ili - GÜNDƏM PROQRAMI - VİDEO

Veb TV | 22:54 • 14 Yanvar 2018
2017 - Tarixi hadisələr ili -

Azərbaycan istər siyasi, istər iqtisadi cəhətdən kifayət qədər uğurlu bir ili geridə qoydu. 2017- ci il hətta ölkəmiz üçün bir sıra tarixi hadisələrlə yadda qaldı. Həftə ərzində prezident İlham Əliyevin sədriliyi ilə keçirilən müşavirədə əldə olunan uğurlardan geniş bəhs edildi. Nəzərə almaq lazımdır ki, bu inkişaf dünyada baş verən siyasi, hərbi və iqtisadi təlatümlərin fonunda baş verib. Məhz bu müqayisədə əldə olunmuş naliyyətlərin əhəmiyyətini da yaxşı dərk etmək olar.

Verilişimizdə icra olunan böyük layihələrdən geniş bəhs etdik. Belə layihələrdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Söhbət o layihədən gedir ki, Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirəcək. Şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən liman kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Layihə üzrə işlər qrafikə uyğun davam edir. Həftə ərzində prezident İlham Əliyev kompleksə daxil olan ro-ro terminalının açılışını etdi. Terminalın texniki imkanları və iqtisadi əhəmiyyəti ilə bağlı geniş araşdırma apardıq.


Xəbər lenti