Xəzər Xəbər

Goranboyda ağır qəza: ikisi qardaş olmaqla 3 nəfər həlak olub - VİDEO

Veb TV | 20:33 • 13 Dekabr 2017
Goranboyda ağır qəza: ikisi qardaş olmaqla 3 nəfər həlak olub -

Yük avtomobili minik maşını ilə toqquşub, 3 nəfər dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza bu gün səhər saatlarında Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndindən keçən hissəsində baş verib. Toqquşma nəticəsində minik maşınının sürücüsü Elçin Əsgərov və onun sərnişinləri Kamil Qəhrəmanov, Tural Əsgərov dünyasını dəyişiblər. Qəzadan sonra minik maşını deformasiya uğradığından meyitlər hadisə yerinə cəlb edilən xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq adiyyati üzrə təhvil verilib. Qəza zamanı dünyasını dəyişənlərdən 2-si qardaşdır. Hadisənin baş vermə səbəbləri araşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti