Xəzər Xəbər

Azərbaycana yenə qar yağdı VİDEO

Veb TV | 20:41 • 23 Noyabr 2017
Azərbaycana yenə qar yağdı

Ötən gecə Azərbaycanda yenidən qar yağıb. Ölkənin şimal rayonları ağ örpəyə bürünüb. Bəzi ərazilərdə qarın qalınlığı 20 sm-ə qədər çatıb. Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə qar yağıb.

Ən çox yağıntı Quba və Qusar rayonlarında müşahidə edilib. Dağlıq kəndlərlə yanaşı, rayon mərkəzlərində də gecə boyu qar yağıb.

Quba Ərazi Hidrometerologiya idarəsindən verilən məlumata görə, rayon mərkəzi və ətraf kəndlərdə qarın qalınlığı 5 sm-ə qədər olub. Qusarın Ləzə kəndi ərazisində qarın qalınlığı 19 sm olub. Regionda havanın temperaturu bir neçə dərəcə aşağı düşüb, bölgədə 2-8 dərəcə şaxta müşahidə olunub.

Ən çox qar Qubanın Buduq, Qrız, xaltan, xınalıq və Qusarın Ləzə kəndinə yağıb.

Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm olub. Yağıntılı hava şəraitinin noyabr ayının 25-ə dək davam edəcəyi proqnozlaşdırılır.


Xəbər lenti