Xəzər Xəbər

Milli Məclisin plenar iclası keçirilib - VİDEO

Veb TV | 20:41 • 17 Noyabr 2017
Milli Məclisin plenar iclası keçirilib -

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda bir sıra qanun layihələrinə düzəlişlər edilib. Qanun layihələrinin müzakirəsindən öncə millət vəkilləri bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı tətbiq etdikləri ikili standartların yolverilməz olduğunu vurğulayıblar. Qeyd edilib ki, sözügedən təşkilatlar erməni lobbisinin təsiri altında hərəkət edirlər. Xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksək səviyyədə olanda bu qüvvələr daha da aktivləşirlər.

Məlumdur ki, dövlət başçısı Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, bir sıra siyasi partiyalar nəzərdə tutulan tədbirlər planı haqqında qarışıqlıq salmağa çalışırlar. Deputat bildirib ki, hazırki Müsavat partiyası ilə AXC dövründəki Musavat partiyası başqa-başqa fəaliyyət istiqamətinə malik olublar.

"Reklam haqqında" qanuna təklif edilən dəyişiklik isə daha çox müzakirələrə səbəb olub. Millət vəkilləri xüsusilə açıq məkanlarda yerləşən reklam lövhələrinin mövzusunun da ürəkaçan olmadıgını vurğulayıblar.

Millət vəkili Elmira Axundova bildirib ki, reklam lövhələrində vətənpərvərlik çalarlarına rast gəlinmir.

Plenar iclasda 30 məsələyə baxılaraq bir sıra qanun layihələrinə dəyişikliklər edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar