Xəzər Xəbər

Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı VİDEO

Veb TV | 14:35 • 20 Oktyabr 2017
Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı

Doğum evinin sanitar qovşağındakı zibil qabına atılan körpə həkimlərin sayəsində sağ qalıb.

Doğulan kimi zibilliyə atılan körpəni həkimlər xilas ediblər.

Qadının körpəni ayaqyoluna atması anı doğum evinin təhlükəsizlik kamerasına düşüb. Görüntülər Perudakı Solidaridad Salud sağlamlıq mərkəzində çəkilib.

Qadın uşağı zibil yeşiyinə atdıqdan sonra qaçıb. Onun qaçmağına iki qadın kömək edib. O, belinə bağladığı paltarla üzərindəki qanı gizlədib.

Qadın xəstəxanadan çıxdıqdan dəqiqələr sonra zibillikdə uşağı görənlər həkimə xəbər veriblər.

Körpə müayinə olunduqdan sonraHipolito Unanue hospitalına göndərilib. Bir neçə saat sonra onun anası da şiddətli qanaxmayla həmin xəstəxanaya gəlib.

Hazırda körpənin və ananın vəziyyəti normaldır. Qadının hər hansı cəza alıb-almayacağı barədə məlumat yoxdur./milli.az




Xəbər lenti