Xəzər Xəbər

İranın pilotsuz təyyarələri İŞİD-in mövqelərini darmadağın etdi - VİDEO

Veb TV | 11:47 • 16 Oktyabr 2017
İranın pilotsuz təyyarələri
İran ordusu Suriya-İraq sərhədində İŞİD terrorçularına qarşı pilotsuz təyyarələrlə təşkil edilən hücumun görüntülərini yayıb. Görüntülərdə Əl-Məyadin şəhərinə yaxın Əl-Badiyə məntəqəsində terrorçuların bir neçə mövqeyinə ölümcül zərbə endirilməsi öz əksini tapıb.

Hava hücumları zamanı İŞİD-in onlarla üzvünün zərərsizləşdirildiyi açıqlanıb.

Qeyd edək ki, ötən gün iranlı general Abdullah XosrəviƏl-Badiyə məntəqəsində terrorçuların hücumu zamanı həyatını itirmişdi. /faktxəbər


Xəbər lenti

Çox oxunanlar