Xəzər Xəbər

Doğum evində biabırçılıq: iki tibb bacısı körpələrlə "rəqs" etdilər - VİDEO

Veb TV | 13:49 • 20 Sentyabr 2017
Doğum evində biabırçılıq:

Hospitalın doğuş bölməsində çalışan iki tibb bacısı yeni dünyaya gəlmiş körpələrin əllərindən turaraq onları "rəqs" etdiriblər və videogörüntünü Snapchat-da paylaşıblar.

Video yayılandan sonra milyonlarla dəfə izlənilib və çox böyük qalmaqala səbəb olub.

XəzərXəbər NBC-yə istinadən bildirir ki, olay ABŞ Hərbi-Dəniz Qüvvələrinin Ceksonvill şəhərindəki (Florida ştatı) hospitalında yaşanıb.

Tibb bacılarından biri körpənin əllərindən tutaraq 50 Cent-in "İn Da Club" mahnısının sədaları altında onu "rəqs etdirib".

Digəri isə barmağı ilə əxlaqsız jest edib, bu jestin fotosunu çəkib və "Bu şeytanlara münasibətim" yazısı ilə paylaşıb.

Video və foto sosial şəbəkələrdə yayılandan sonra tibb bacıları işdən qovulublar.

Onlarla bağlı araşdırma başlanıb./Milli.Az



Xəbər lenti