Xəzər Xəbər

Neft strategiyasının yeni təntənəsi VİDEO

Veb TV | 20:49 • 14 Sentyabr 2017
Neft strategiyasının yeni təntənəsi

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycan üçün bir enerji layihəsindən daha böyük məna ifadə edir. Təsadüfi deyil ki, buna yeni əsrin müqaviləsi adı verilir. Ekspertlər hesab edirlər ki, bununla Azərbaycan ən azı yaxın 30 ildə iqtisadi və siyasi sabitliyini qarant altına almaqla, digər sahələrin sürətli inkişafını təmin etmək imkanı əldə edir.

Hələ 1994-cü ildə imzalanan əsrin müqaviləsinin əhəmiyyəti Azərbaycan üçün nə qədər böyük idisə müasir dövrün tələbləri baxımından da bu sazişin əhəmiyyəti də bir o qədər böyükdür. Belə ki, 1994-cü ilin Azərbaycanı ilə indiki Azərbaycan arasında böyük fərq var. Həmin dövrdə iqtisadi siyasi çətinliklər içində olan Azərbaycan üçün "əsrin kontraktı" nəfəslik rolu oynadı. O çətin məqamda belə ümummilli lider Heydər Əliyev siyasi dühası ilə Azərbaycan üçün sərfəli şərtlərlə müqaviləyə nail olmuşdu. Müasir dövrün isə öz şərtləri var. Azərbaycanı stabil iqtisadi siyasi inkişaf yoluna çıxarmaq nə qədər çətindirsə bu stabilliyi dayanıqlı iqtisadi inkişafı qorumaq da asan deyil. Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan nəyinki sabiliyi qoruya bilib, daha sürətli inkşaf üfüqləri yaradıb.

İndi Azərbaycan xarici asılılığı olmayan tam müstəqil dayanıqlı iqtisadiyyata malik bir dövlətdir. Məhz bu faktorlar rəsmi Bakını yeni sazişdə şərtləri müəyyənləşdirən əsas tərəfə çevirib.

Bu o deməkdir ki, Azərbaycanda ən azı 2050-ci ilədək neft-qaz sektoru ölkənin iqtisadi lokomotivi rolunda çıxış edəcək. Amma bu o demək deyil ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər ikinci plana keçəcək. Əksinə bunun üçün daha münbit şərait yaranır.

Sazişin iqtisadi olduğu qədər siyasi əhəmiyyəti də böyükdür. Azərbaycan yenə də siyasi balansı qorumağı bacarıb. Hətta bir çox məsələlrdə fikirləri üst-üstə düşməyən qüvvələr dəAzərbaycanda sabitliyin qorunmasında maraqlıdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki BP Azərbaycan 40 milyard dollar investisiya qoymağı planlaşdırır. Digər tərəfdən Azərbaycanın qərbin enerji təhlükəsizliyində rolu daha da artacaq. Bu isə siyasi təsir imkanlarını da genişləndirir. Azərbaycanın öz gələcəyini bu cür sağlam əsaslarla qarant altına olması ölkəyə xarici marağı da artıracaq və digər sahələrə də böyük investisiya axınını təmin edəcək.


Xəbər lenti