Xəzər Xəbər

Aşbazlıq ən çox maraq doğuran peşədir VİDEO

Veb TV | 20:52 • 16 Avqust 2017
Aşbazlıq ən çox maraq doğuran peşədir

Ötən ildən başlayaraq Təhsil Nazirliyi ilə ASAN xidmət arasında ''ASAN peşə'' layihəsi həyata keçirilir. Məktəbi bitirən şagirdlər ASAN xidmət mərkəzlərinə müraciət edərək istədikləri peşələr üzrə ixtisasları seçirlər. Bu il də avqustun 1-dən artıq 6500-dən çox müraciət qeydə alınıb. Ən çox maraq doğuran peşə isə aşpazlıqdır.

Təhsil Nazirliyi və "ASAN xidmət"in birgə həyata keçirdiyi "ASAN peşə" layihəsi çərçivəsində ən çox tələbat olan ixtisaslar məlum olub. Daxil olan müraciətlər arasında ən çox maraq doğuran peşə aşpazlıqdır.

Avqustun 1-dən etibarən indiyə qədər ölkəmizdə fəaliyyət göstərən bütün asan xidmət mərkəzlərinə müraciət edərək ixtisas seçən şagirlərin sayı 6 min 500-ü ötüb.

Peşə təhsili üzrə dövlət agentliyinin şöbə müdiri Eldar Salahov deyir ki, peşə təhsili almaq istəyənlər asan xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Seçim şagirdlərin orta məktəb qiymətlərinə əsasən və imtahansız aparılır. Qəbul edilənlər ixtisaslarına uyğun peşə məktəblərində təhsil alırlar.



Xəbər lenti