Xəzər Xəbər

Çimərliklərdə avtomobilləri park etmək üçün əlavə pul tələb edilir - VİDEO

Veb TV | 18:41 • 20 İyul 2017
Çimərliklərdə avtomobilləri park etmək üçün əlavə pul tələb edilir -

Paytaxtın bəzi çimərliklərində avtomobilləri park etmək üçün əlavə pul tələb edirlər. Yəni dənizə yalnız çimmək məqsədi ilə gələnlər belə avtomobili park etmək üçün əlavə ödəniş edirlər.

Xezerxeber.az-ın məlumatına görə, bunun səbəbini elə həmin şəxslərdən öyrənməyə çalışdıq. Bəziləri pul almadıqlarını desələr də, ancaq bəzi nəzarətçilər parketmə üçün əlavə ödəniş aldıqlarını etiraf etdi.

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən bildirildi ki, bu məsələ qanunla tənzimlənməyib. Buna baxmayaraq, həmin çimərliklərdə parklanma üçün ödənişin alınması düzgün deyil. Məsələ araşdırılacaq və sürücülərin avtomobillərini pulsuz park etməsi təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti