Xəzər Xəbər

TƏHLÜKƏ: Bu kadrlar Ərəbistanda yox, Azərbaycanda çəkilib - VİDEO

Veb TV | 20:54 • 18 İyun 2017
TƏHLÜKƏ:

Yolda avtomobil hərəkətdə ola-ola sürücü arxa oturacağa keçir və oradan qapını açaraq yenidən ön oturacağa qayıdır. Nəticədə yolda qəza şəraiti yaratmaqla yanaşı, həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atır.

Ərəblərdə adət etdiyimiz bu qayda pozuntusunu bu dəfə azərbaycanlı sürücüsü törətdi. Avtomobil hərəkətdə ola-ola sürücüsü qapını açaraq arxa oturacaqdan ön tərəfə keçərək maşını idarə edir.Nəticədə də həm özünün, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atır.

Sosıal şəbəkələrdə yayılan və nə vaxt lentə alındığı dəqiq bilinməyən bu kadrlar digər bir avtomobilin sürücüsü tərəfindən rayonlararası yolların birində qeydə alınıb.

Videodan göründüyü kimi 90 ZM 554 dövlət qeydiyyat nişanlı cib marakalı avtomobilin sürücüsü qayda pozur.Bir müddət sükan arxasından uzaqlaşan sürücü arxa oturacağa keçərək oradan yenidən ön oturacağa qayıdır və bununla nəyisə nümayiş etdirmək istəyir.

Bəs belə halda bu sürücünü hansı cəza gözləyir? Video ilə tanış olan Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,bu halda sürücünü inzibati xətalar məcəlləsinə görə yol polisi 40 manat miqdarında cərimə edə bilər.


Xəbər lenti