Xəzər Xəbər

Fransalı idmançıdan inanılmaz addım VİDEO

Veb TV | 18:01 • 18 İyun 2017
Fransalı idmançıdan inanılmaz addım

Fransalı idmançı Alen Robertin adrenalin dolu davranışları hamını təəccübləndirib.

O, təhlükəsizlik kəmərindən istifadə etmədən Barselondakı ən hündür binalardan birinə dırmanıb. Binanın hündürlüyünün 116 metr olduğunu nəzərə alsaq kiçik səhvin "hörümçək adam" üçün hansı fəsadlar törədəcəyini təsəvvür etmək çətin olmaz.

20 dəqiqə ərzində binanın sonuncu mərtəbəsinə çatan şəxsi, polis elə yerindəcə sorğu-sual edib.


Xəbər lenti