Xəzər Xəbər

Daşla həmyerlisini öldürdü Goranboyda qətl - VİDEO

Veb TV | 19:51 • 12 Mart 2017
Daşla həmyerlisini öldürdü

Goranboyda məcburi köçkün mübahisə zamanı həmyerlisinin başına daşla zərbə endirib. Yaralı hadisə yerində dünyasını dəyişib.

Məcburi köçkün həmyerlisini daşla vuraraq öldürüb.

Hadisə Goranboyun Qaraçinar kəndində baş verib. Kəlbəcərdən məcburi köçkün olan 46 yaşlı Natiq Qafarov həmyerlisi, 51 yaşlı Mübariz Məmmədovla mübahisə edib. Mübahisə zamanı isə daşı Mübariz Məmmədovun başına vuraraq onu öldürüb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboya Şöbəsinə aparılıb.

Qətli törədən Natiq Qafarov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbər lenti