Xəzər Xəbər

“Apple” məhsullarının 25 faizini Hindistanda istehsal edəcək

Texnologiya | 13:56 • 23 Yanvar 2023
“Apple” məhsullarının 25 faizini Hindistanda istehsal edəcək

“Apple” kompaniyası məhsullarının 25 faizini Hindistanda istehsal etməyi planlaşdırır.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal bildirib. Onun sözlərinə görə, hazırda kompaniyanın bu ölkədə istehsalı ümumi məhsulunun 5-7 faizini təşkil edir.

Dekabr ayında “Apple” Hindistandan 1 milyard dollar həcmində smartfon ixrac edən ilk kompaniya olub. Bu smartfonlar onun yerli bölmələri tərəfindən buraxılıb. Beləliklə, “Apple” Hindistandan ən böyük məhsul ixracatçısına çevrilərək bu göstəriciyə görə “Samsung” kompaniyasını qabaqlayıb.

Xəbər lenti