Xəzər Xəbər

Türkiyənin ən sürətli metro xətti istifadəyə verilib

Texnologiya | 17:45 • 22 Yanvar 2023
Türkiyənin ən sürətli metro xətti istifadəyə verilib

Türkiyənin ən sürətli metro xətti olan Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib.

Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, yeni metro xəttinin açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Kağıthane-İstanbul Hava Limanı metro xəttinin uzunluğu 34 kilometrdir və Kağıthane, Eyüpsultan və Arnavutköy rayonlarından keçir.

Metro xətti üzərində 9 stansiya var və gündəlik 800 min sərnişin tutumuna malikdir. Qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək.

Xəbər lenti