Xəzər Xəbər

İnsanabənzər robot mağazadan alış-veriş edəcək

Texnologiya | 09:14 • 28 Dekabr 2022
İnsanabənzər robot mağazadan alış-veriş edəcək

Milliarder İlon Mask “Optimus” adlı insanabənzər robotun (Tesla Bot) yaradıldığını elan edib.

Xezerxeber.az xarici saytlara istinadən xəbər verir ki, robot mağazadan ərzaq məhsulları götürmək kimi kiçik tapşırıqları yerinə yetirə biləcək.

Mütəxəssislərin fikrincə, hazırda “Tesla” avtomobillərində istifadə olunan bir çox texnologiya robota ötürüləcək. Üz əvəzinə ekranı olacaq, ayaqları və qolları 40 naqillə idarə ediləcək. Robot “Tesla” elektrik avtomobillərinin özünü idarə etmək üçün istifadə etdiyi eyni çip və sensorlara əsaslanır.

Hündürlüyü 172 santimetr, çəkisi 57 kiloqram olan robot saatda 8 kilometr sürətlə qaça bilir.

Xəbər lenti