Xəzər Xəbər

Tviterdə bu funksiyalar pullu olacaq

Bunlar İlon Maskın tviteri satın almasından dərhal sonra başlayıb
Texnologiya | 10:21 • 7 Noyabr 2022
Tviterdə bu funksiyalar pullu olacaq

ABŞ-nin “Twitter” şirkəti sosial şəbəkədə bir sıra pullu funksiyalarla çıxış edəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu funksiyalar içərisinə o cümlədən tanınmış istifadəçilərə şəxsi mesajlar göndərmək imkanlarını da daxil edəcək.

Həmçinin ayrı-ayrı videolara baxmaq da pullu xüsusiyyətlər hesab olunur. Ödənişli xüsusiyyətlərlə bağlı müzakirələr şirkəti “Tesla” və “SpaceX”in rəhbəri İlon Maskın satın almasından dərhal sonra başlayıb.

Daha əvvəl bildirilmişdi ki, Mask “Twitter” işçiləri üçün əlavə istirahət günlərini ləğv edib. "Bloomberg"in məlumatına görə, sahibkar həm də uzaqdan işləmə imkanını ləğv etmək niyyətindədir.

Xəbər lenti