Xəzər Xəbər

“Facebook” yeni ofis açır – Şöbələrini bir yerə toplayır

Texnologiya | 17:24 • 27 İyun 2019
“Facebook” yeni ofis açır – Şöbələrini bir yerə toplayır

"Facebook” şirkəti Manhettendə 92,9 min kv.m sahəsi olan ofis icarəyə götürməklə bağlı danışıqlar aparır.

Bu barədə "The Wall Street Journal” qəzeti öz mənbəyinə istinadla xəbər verir.

Söhbət Manhettendə Hadson-Yard 50 ünvanında yerləşən hazırda tikilməkdə olan göydələndən gedir. Tərəflər razılığa gələ bildiyi təqdirdə, "Facebook” özünün Nyu-York ştatında yerləşən bir neçə şöbəsini bir ofisdə birləşdirəcək.

Gələcək göydələndə artıq "WarnerMedia” holdinqi və "KKR & Co” investisiya şirkəti ofislər rezerv ediblər.

Qeyd edək ki, layihənin tikintisinə cari ilin mart ayında başlanılıb.

Xəbər lenti