Xəzər Xəbər

“Google” şirkəti “Hangouts”un fəaliyyətini dayandıracaq

Texnologiya | 15:21 • 4 Dekabr 2018
“Google” şirkəti “Hangouts”un fəaliyyətini dayandıracaq

ABŞ-ın "Google” şirkətində "Hangouts” messencerinin hazırlanmasına nəzarət edən Skott Conston "9to5Google” nəşrinə deyib ki, "Google” şirkəti adıçəkilən messencerin fəaliyyətini dayandırmağa hazırlaşır.

Conston qeyd edib ki, sözügedən xidmət tədricən bağlanacaq, istifadəçilər isə "Hangouts Chat” və ya "Hangouts Meet” xidmətlərinə daşınılacaq.

Bundan başqa, "Google”un nümayəndəsi məlumat verib ki, "Hangouts” messencerinin bağlanması şirkətin bu xidmətin əsas funksiyalarının (videozənglər və çatlar) dəstəyindən imtina edəcəyi anlamına gəlmir.

"The Verge” portalının məlumatına görə, "Google” 2020-ci ilədək messencerin fəaliyyətini dayandıra bilər, bundan sonra "Hangouts” messenceri "G Suite” bulud platforması çərçivəsində korporativ messencer formatında inkişaf etdiriləcək.

2019-cu ildə "Google” şirkəti "Hangouts”da yeni istifadəçilərin qeydiyyat imkanını deaktiv edəcək, yalnız mövcud hesab sahibləri bu proqramdan istifadə edə biləcəklər.

Xəbər lenti