"Android" sistemi ilə təchiz edilmiş smartfon istifadəçilərinə daha bir yenilik edilib. Vatsap mesenceri 3 yeni funksiyasını aktivləşdirib.
Mesencerin
yenilənmiş ən son versiyası "Android" idarəetməli mobil qurğularda
qruplar üçün təsvir əlavə etməyə imkan verir. Link vasitəsilə yeni
istifadəçilərin dəvəti zamanı məhz bu təsvir görünəcək.
Sözügedən yenilik mesencerdə qrup haqqında məlumatlar bölməsi üzrə
qrup iştirakçılarının axtarışa verilməsini təmin edəcək.
Bundan başqa, indi istifadəçilər qrup danışıqlarda səsli və video
zənglər arasında asanlıqla keçid edə bilərlər. Bunun üçün danışıq
zamanı "video" düyməsinə sıxmaq kifayətdir./publika.az