Xəzər Xəbər

Vatsapda daha bir YENİLİK

Texnologiya | 13:50 • 26 Fevral 2018
Vatsapda daha bir

Vatsap messenceri iOS, Android və Windows sistemlərlə təchiz edilmiş smartfonlar üçün yeni funksiya hazırlayıb.

Üzərində uzun zamandır çalışılan funksiya artıq istifadəyə verilib. Belə ki, mütəxəssislər feysbuk messencerindən ilhamlanaraq vatsapda da qrup söhbətləri üçün xüsusi bölmə yaradıblar. Vatsapda qrup söhbətlərini daha aydın və rahat etmək məqsədilə, yuxarı tərəfdə kiçik pəncərədə qrupun kim tərəfindən yaradıldığı, hansı məqsədlə yaradıldığı və şərh bölməsi qoyulub.

"Qrup açıqlaması" adlı xüsusiyyət bütün smartfonlarda aktivdir. Bütün üzvlər qrup məlumatını yuxarı hissədəki pəncərə vasitəsilə izləyə bilərlər. Qrupdakı dəvətlər birbaşa qəbul və rədd edilə bilər. İştirakçılara qrupu idarə etmə hüququ verilir.

Android Beta proqramı ilə yenilənmiş 2.18.54 versiyasıda çalışır. Bu xüsusiyyət tezliklə iOS və "Windows" sitemli smartfonlarda da aktivləşdiriləcək./publika.az

Xəbər lenti