Xəzər Xəbər

Sizi internet sürətinin azlığı ilə aldadacaqlar

Texnologiya | 13:34 • 17 Yanvar 2018
Sizi internet sürətinin azlığı ilə aldadacaqlar

Kasperski Loboratioriyasının Təhlükəsizlik Xidməti Android smartfonunuzu izləyə biləcək yeni tip zərərli proqram təminatı müəyyən edib. XəzərXəbər-in məlumatına görə, kompaniya Skygofree adlı virusun adətən saxta mobil operatorlarından yüklənən proqramm kimi maskalandığını və çoox təhlükəli olduğunu bildirir.

Adətən zərərli proqram təminatı mobil internetin sürətini artırmağa vəd verir, lakin quraşdırmadan sonra ciddi zərər verə bilər, o cümlədən:

  • Qurğunun yerini izləmək və üçüncü şəxsin sorğusu əsasında danışıqları yazmaq
  • Wi-Fi şəbəkəsinə qoşulandan sonra brauzerin tarixçəsi və parollar kimi məlumatların toplanması, analizi
  • Accessibility Services-dən WhatsApp ismarıclarının oxunması
  • Telefonu hər açdıqda frontal kameradan şəkil çəkilişi
  • Çağırışların, SMS ismarıcların, təqvim qeydlərinin və digər məlumatların ələ keçməsi.

Xoşbəxtlikdən Androidin son versiyası Skygofree-nin smartfonunuzda nəzarəti ələ keçirməsi və yuxarıda sözüdjedən funksiyaların istifadəsinin qarşısını alır. Bununla belə, tanımadığınız mənbədən tətbiqlər yükləməyin (faylları ancaq Google Play-dan yükləyin) və mobil internetinizin sürətini pulsuz yüksəltməyə vəd verən proqramlarla ehtiyatlı olun./faktxəbər

Xəbər lenti