Xəzər Xəbər

Hadise Rza Zərrabla eşq yaşayır?

Şou Biznes | 10:47 • 21 Sentyabr 2022
Hadise Rza Zərrabla eşq yaşayır?

Türkiyəli iş adamı Mehmet Dinçerlerden ayrılan müğənni Hadisenin adı yeni eşq qalamaqalında hallanır. 

Sənətçinin hazırda iranlı iş adamı Rza Zərrabla sevgili olduğu iddia edilib.

Bu barədə Türkiyənin reytinqli verilişlərdən olan "Söyləməzsən olmaz"ın aparıcısı Arto məlumat verib.

Onun sözlərində görə Hadise adını təmizə çıxarmq üçün Mehmetlə ailə qurub. Arto yaxın zamanlarda Rza ilə Hadisənin eşq yaşadığını sübut edən görüntülər ortaya çıxaracağını bildirib. 

Qeyd edək ki, Hadise 4 ay əvvəl Mehmetlə evlənmişdi. Bir neçə gün əvvəl isə ifaçı sosial şəbəkə hesabında paylaşım edərək ərindən ayrıldığını bəyan edib.

Xəbər lenti